Skip to content

Günün sözü!

05/10/2012

The only true God is the one between a woman’s legs‘ – Salladhor Saan

Təkcə gərçək olan allah, qadının bacağlarının arasında olan allahdır!Salladhor Saan

 

Gizli şiddət

11/30/2011

On birinci ayın 25i qadına yönəlik şiddətlə mübarizə günüdür. İrandaykən şiddət sözcüyünü eşidəndə sahib olunan guc və ya qudrəti qarşı tərəfi əzip dağırtmaq kimi bir senario ağlıma gələrdi. O nədəndən həməşə düşünərdim ki mən ayiləm və ərim tərəfindən ölümünə kötək yeyip və əzilmədığıma görə şiddətə məruz qalan bir qadın deyiləm və hələ pis pis buna da fəxr edip oki var sevinərdim!

Bəlkə çoxları da mənə tay belə bir şiddətə məruz qalmadığlarına görə sevinirlər ama gizli gərçək budurki bizlər şiddətin ən çirkininə məruz qalırıq. Aydın şiddət mənim ağzımı burnumu qana boyar və bir neçə gün sonra həm ağrısı həm izi çəkər gedər ama mənim məruz qaldığım gizli şiddətin təsiri hələ hələ mənim yaşamımdan silinəsi deyil.

Gizli şiddət nədir?

  • Gizli şiddət bir qadını əşya kimi görməkdir.
  • Gizli şiddət sevdiyinlə yaşamaq üçün axmaq bir mollanın arabca gəvşələdiyi yalan yulan tərsə türsə sözlərınə   ehtiyac duymaqdır
  • Gizli şiddət qadını kəbin qarşılığı bir kişiyə satmaq deməkdir
  • Gizli şiddət kişilərin günaha düşməməsi üçün başını, üzünü örtmək deməkdir
  • Gizli şiddət gızın bakirəliyinə ağlından və düşüncəsindən daha çox önəm vermək deməkdir
  • Gizli şiddət Ata və Ana nın gıza mənim evimdəykən mənim qurallarıma uyacaqsan demələridir
  • Gizli şiddət dədə evindəykən, sənin sahabın dədəndir və ərə gedincə sahabın bu kişidir deməkdir
  • Gizli şiddət ər izin vermədən çalışmaq, yolçuluq, təhsil haqqın olmaması deməkdir
  • Gizli şiddət bizim RUHSAL XƏSTƏ toplumumuzun qadını yanlız ANA-ARVAD görməsidir
  • Gizli şiddət filan kişiyə ARVAD AĞIZ ünvanı verməkdir
  • Gizli şiddət qadından araba sürücüse çıxmaz deməkdir
  • Gizli şiddət oxumuş qadın ərsiz qalar düşüncəsidir
  • Gizli şiddət Gızlar Para-Pul dan başqa heç nəyi düşünmürlər deməkdir
  • Gizli şiddət hayat yoldaşını porno star kimi görməkdir, onun vucudunu porn star vucuduyla muqayisə edip, qadını çirkin bir vucuda sahib olduğu üçün ölümünə təhqir etməkdir ( bu öz başıma gəlip ona görə yazıram ha!)
  • Gizli şiddət yəni kişinin 100 yaşı geçsə belə 15 yaşında qız arzusunda olmasıdır
  • Gizli şiddət qadını bir QADIN kimi görəməməkdir ( yəni başdan başa bizim ZƏHLƏM GETMİŞ toplum

Son sözüm gizli şiddət aydın-aşkar vəziyətdə gor-godux və yetişkin AALİ CƏNAB KİŞİLƏRİN mənə düşərgəmdə və facebook səhifəmdə nəyi paylaşıp nəyi paylaşa bilmərəm deməkləridir! Mənə axlaqsız təkliflərdə bulunanlar və sonra bizdə günah yox sənin öz duvarındakılar və blogundakılar bizi bu işə məcbur edən diyən və dünyanın ən rəzil insanları olan kişiləridilər, mənə yatmaq təklifi edənlər, məni fahişə isimləndirənlər vs vs vs…

Xanımlar, özümüzə gələk və qəbul edək bizi əzirlər! ən böyük silahlarıda QIZ HƏYALI OLAR cümlələridir! Başınızı uca tutun artıq. O vucud o bədən sizindir… ona hakim olamayan dünyada heç nəyə sahib olamaz!

Məndən deməsi!

 

Bir axşam üstü xatirəsi!

09/27/2011

Uzun bir sürədən sonra dostlar ilə bir araya gəldik. Eh bu da gəmgin bir sonbahar axşamını öldürməyin başqa bir yoludur. Hər gələ dost-tanışla toplaşıp ucuz qonular haqda söhbətləşməyi qəsd edirəm!

Maşallah dostlarında hamısı ya döhtür, ya mühəndis! Odanın içində döhtür, mühəndis sözcüyü gəzir, çırpılır odanın duvarlarına, geri dönür, təpəmə dəyir! Sanki biri bu Döhtür-Məhəndis sözünü sürətli peysərimə salır! Bununla da bitməyir. Döhtürlər, məhəndislər sözlərinin arasında hələ birdə Biz Elitlər ( biz roşənfikrlər) belə etməliyik, elə etməliyik cümləsini saqqız kimi ağzılarında gəvşəliyirlər və mən dünyanın acığın çəkirəm!

Dalıram! Roşənfikrrrr (Elit???) bu öz güvən məni öldürməsə də ölümcül edər! Noam Chamsky özünə elit demir bizsə …! söz dolaşır nədənsə evlilik və evlənmək lə quyruğlanır!!

Döhtür Beyaz-Eşya -Təbrizin adlım döhtürlərindən biri- olduğca yaxışıxlıdır. Iddiasına görə onunla çalışan qız-qadınların hamısı gecə onu umud edərkən başlarını yastığa qoyurlar! Döhtür -verən aşı içərlər – cümləsinə inanır!

Qız yeşil işiği görsətdimi üzərinə atla tiplərdəndir. Qalsın ki mənə görə yeşil işiq görsətməyən qızların da üzərinə atlayır bizim aaağaye döhtür! Evlənən axmaxdır deyir. Və ya daha doğrusu AXMAX EVLƏNƏR deyir! Şaşqın baxışlarımızı görüncə soyuq qanlılığla belə deyir:

Bir camaşır, və bir bulaşıq makinası almaq daha masraflı. Nədən arvad alım? Başdan dibə xərcdir!

Anlıyacağız bizim aağaye döhtür qadın və beyaz eşya arasında heç bir fərq görmür! Artıq onu döhtür Bəyaz-eşya səsləməyə qərar verirəm!

Mühəndis Baca-axtaran!

Bunun elitlik iddiası olduğca çoxdur! Üst üstə güncəl bir adamdır! Yeşil hərəkatı adlanan gəlişmələrdə, azərbaycanın üz qarası olan soytarı Musəfivin arxasındaydı! Ötə yandan olduğca milli-mədəni bir insandır! Yaşasın Azərbaycan demədən günə başlamaz!

Yaxınıma gəlir və son günlərdə görüşdüyüm ərkək haqda sorular soruşur. Bir neçə dəfə görüşdük ama mənə görə deyil deyirəm və sonucta Sorumluluq qəbul etmək istəmirəm. Hətta normal bir ərkək arxadaşı da istəmirəm deiyirəm. Hələlik yanlızlığın dadını çıxardıram. Yanlız yaşamağı sevirəm. Planlarımı hər hanki bir insan üçün özəlliklə bir ərkək üçün dəyişdirmək kimi bir fikrim yox deyirəm. Mühəndis Baca-Axtaran başını tovlayır, olduğca mənalı və uzun baxışdan sonra belə deyir:

Yazıq o ərkəklər ki sənə rast gəlirlər. yazıqlar! Sənki verən deyilsən (mənzuru ərkəklə cinsəl ilişkiyə girən deyilsən deməkdir), kaş barı yazıq adam başqa birini tapsaydı ki ən az bir iki gecə onunla birlikdə ola biləydi!!!

Ah mənim Mühəndis Baca-Axtaran dostum! Qadın onun üçün bacadan başqa bir anlam daşımır! Qadın nə olursa olsun, kim olursa olsun, ayaqlarının ortasındaki baca önəmli!!!!

Qanım tərsə qaynamağa başlayır. Evdən çıxıram! quş dili ağaclarının altında yeriyərkən yuxarda yazdığlarımı düşünürəm! Ardını yazmaq istəyirdim ama… əh hövsələm qaçdı! Biz millət adam olmarıq! Da mən necə eliyim olmarıq da!

Mənim feminist ərim!

06/10/2011

Bugün mənim boşandığım günün 5 inci il dönümüdür! Mən 5 il öncə 5 illik bir evlilikdən sonra 5 tümənllıq kəbinimi feminist bir ərkəkdən aldım və boşandım!

Ama mənim feminist ərim daha doğrusu əski ərim doğrudan da feministiydi! Məni ev işləri ilə məşqul görəndə hayı küyü qalxardı ki kitab oxumaq yerinə sil süpürünən özünü məşqul edirsən ama içtiyi çayın bardağını mutfağa götürəcək qədər özünə zəhmət verməz iydi!

Ah mənim feminist ərim daha doğrusu əski ərim o qədər feminist iydi ki, mənim işdən yetişir yetişməz Kitab oxumaq yerinə ocaq başına qaçıp yemək hazırlamağımı heç bəyənməzdi ama yeməyi bir saat geciksəydi qanı tərsə qaynardı!!!

Ah mənim feminist ərim o qədər feminist iydi ki qadınları onlardan daha çox düşünərdi, hətta düşünməkdən daha fazlasını görərdi. Harda gözəl və qabiliyətli bir qadın görsəydi tez ortaya atılıb və xanım siz çox incə-qabiliyətli bir bayansınız diyərdi ama eyni işi mən – hətta özümdən gənc ərkəklər ilə-görsəydim yinə hayı küyü qalxardı ki sən bizim toplumun necə olduğunu bilmirsən məyə gedip belə rahat rahat subaylarınan danışırsan!!!

Ama mənim feminist ərim daha doğrusu əski feminist ərim olduğca feministiydi və o gərək qadınların gözəlliklərini söyləmədən oları rahat bıraxmayaydı. əlbəttə ki mən ona sən feminist deyil də şor göz (çapgın) san dediyimdə olduğca düşüncəsiz davranmış olurdum! Və sonucda mən nə kitab oxuyurdum nə də dünyadan xəbərim olurdu!!!!

Mənim feminist ərim mənim nə geydiyimə qərar verərdi, mənim bir yerə getdiyimdə ondan izin almasaydı belə öz ağlında İZİN verərdi ( qalsın ki dönüncə burnumdan gətirərdi!)

Mənim feminist ərim məni təhqir edərdi, tüm öz güvənimi heç edərdi və daha gülüncü nə bilirmisiniz? Mənim feminist ərim indi mənim facebook listəmdəki ərkəklərdən biridir və hələ də feminist dir!!!

Dilimə qarşı mubarizə!

05/18/2011

Fars şairləri arasında əlbəttəki Firdosudan hamısından çox zəhləm gedər! Həm bu adam mənə biraz şizofernik gəlir həmdə qadınlara qarşı bəslədiyi kin olduğca iğrəncdir. Ama Firdosunu bəyənməyən mən və ona Anti-Qadın ismi verən mən, öz zəngin folkloruma baxanda da elə Firdosunun yazdığlarının bir başqa versiyonuyla üz üzə gəlirəm!

Örnəyin:

Arvad bir şeydi ki: alanda peşman, almıyanda.
Arvad boşuna yalanlamasa, düz danışan çıxar.
Arvad ilə at, iyidin bəxtinə bax.
Arvad kimi düşman yox: gülər bildirməz. köpək kimi dost olmaz: ölər bildirməz.
Arvad malı alçaq qapıdı, bir girəndə dəyər, bir çıxanda.
Arvad malı, sapı mandalı.
Arvad nədir: yersiz şikayətlənən, bilə bilə yalan diyən, görə görə ağlayıb, gizlində gülən.
Arvad öz ixtiyarına olsa, çillə çağı keçi qırxar.
Arvad üzlü kişidən, kişi üzlü arvad yeğdi.
Arvad var qadan alar, ocaqıva kömür qalar.
Arvadı sırdaş edən, dəllal aramaz.
Arvadın ağzın, kişinin qolun güd (saxla, gözəddə).
Arvadın koru, ərin karı.
Arvadın nə olduğun subaydan sor. arvadın necə olduğun evlidən.
Arvadın sözün inanan qıssa yolu uzun gedər.
 

Daha bətəri günlük qullandığımız ədəbiytımızda da belənçi aşağılıyıcı sözləri qullanırıq. Qadın bizim günlük yaşamımızda, yanlışların təmsilcisi və negative olan hərnəyin simgəsidir!

Dil çox-çox qədim zamanlarda insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır.

Dil fəqət insanlara ayiddir. Bu yaşıma qədər danışan bir heyvan görmədiyimə görə dialoq qurmağı fəqət insanlara məxsus görürəm. Bizlər danışdığımız dildə yaşayırıq o üzdən mənə görə dil artıq bir ictimayi hadisədir. İctimayi bir hadisə olduğuna görə bu dil bizim kültür və toplumu sərgiləyə bilər. Axı bəs nədən bizim dil bu qədər gobutdur? Nədən bu dil qadın-ərkək münasibətlərində, qadını təhqir etməyə can atır?!

Çalış qızı ucuz al.
Evdəki qızın gözü qapıda, doymamış itin qulağı.
Qızını dövməyən, dizini döyər!
Gəzəyən qızdan gəlin olmaz.
Qız osdurur, ana basdırar.
Qızı evdə tanı, iyiti çöldə!

Kaş bizim dil qadın-ərkək münasibətlərində , qadın yönlu olmağı bıraxın , barı qadın çırpan olmayaydı! Ya da ən az xunsa bir rol ifa etsəydi! İstər qəbul edək, istər etməyək bizim dil ataərkildir. O nədəndən dolayı bu dildə işlədilən anti-qadın sözcükləri qullanmamağ özluğunda qadın haqları üzərə mubarizə aparmaq kimi isimləndirilə bilər!

Bu dili eleştirdiyimizdə istər istəməz fəlsəfə, ekonomi, kültür, toplumsal inanclarda qullanılan ataərkil sözcükləri eliştiririx sankı.

Mərd-Ərkək-İyit kimi kələmələr özlüklərində tüm insani və positiv sifətləri daşyarkən Arvad kəliməsini Oğrətə oxşadıp və onunla qadınları küçük düşürənlərin sayısı olduğca göz çarpıcıdır. Təbrizin dolan ba dolan küçələrində gəzərkən –filani arvad dan da əskikdir- cümləsini eşitməmək əldə deyil! Bizim toplumda kişi kimi söz verənlərin və düşməninin arvadını-bacısını-nənəsini sikənlərin sayısı olduğca çoxdur! Arvad ağız və Arvad canlı kişiləri kimisə bəyənmir! Bizim dildə hava belə qancığlanır! Ama nədənsə mərd oğulların üzünə heç zaman kölgə düşmür!

Türk dilinin ən böyük özəlliklərindən biri müənəs-müzəkkərin olmadığı dır ama mən sizə deyirəm ki hər nə qədər bizlərəd Masculin-Feminin kəlimə ayrımcılığı olmasada bizdə bəzi sözcüklər yanlız qadınlar üçün qullanılır. Örnək olaraq Rüküş, çingənə, qız uşağı kimi zır zır eliyən (zırıldıyan), gəzəyən kimi sözcükləri fəqət qızlar və qadınlara özəldir və ya ərkəkləri təhqir etmək üçün qullanılır!

Bizim ölkədə qadın hər qonuda ikinci sırada! Hətta dil və ədəbiyatda! Bu ataərkil toplum bu işdə o qədər ilərləmişki Arvad yaxçı birşey olsaydı allahda özünə birini yaradardı diyə allahlıq və ərkəkliyi eyni səviyədə tutur!

əlbəttəki bu durum təkcə türkcəyə özəl deyil. İngilizcədə MAN kəliməsi həm ərkək və həm insan olaraq qullanılır. Fıransızcada qadının vajinasına CUNT denir və eyni zamanda axmaq yerinə qullanır və ha belə başqa dillərdə.

Bir Türk qadını olaraq həm toplumla sorun yaşayıram, həm devlət ilə, həm çox sevdiyim dilimlə! İstər qəbul edək istər etmiyək bizim kültür anti-qadın bir kültürdür. Qadını kontrol altına almağ üçün hər nəyi qullanan bir kültürdür. İslamın bu duruma çiftə rəng qatması fəlsəfəsi doğru ola bilər ama Qızını dövməyən dizini dövən diyən ərkəklərin bir çoxu olduğcada laic bəylərdilər və bilərək və ya bilməyərək anti-islamlıq və anti-qadınlıq hissini eyni zamanda qafalarında gəzdirirlər.

Ataərkillik özünü həm bizim socyetənin altyapısında və həm üstyapısında göstərir. Və təbiki ən yuxarı dəstək DİLİMİZ tərəfindən bu ataərkil topluma verilir! Belə bir dəstək verilməməlidir. Məni kiçik düşürən hər bir kəlimə bu dildən silinməli. Bu qonuda olduğca radical əməl etməyi düşünürəm. Bir türkə deyilən fıkraya  qarşı göstərdiyim –və bəzən son dərəcə aşırı- tepkinin iki qatını məni öz anadilimlə təhqir edən dildaşlarıma göstərməkdən kəsinliklə çəkindiyim yox!

Azərbaycan diyarınız, Traxtur iftixarınız!

05/03/2011

Azərbaycan diyarınız, Traxtur iftixarınız!

Mən fanatik bir Traxturçuyam! Çoxları bugün Traxtur arxaçısı olublarsa mən onu Əhəd-Şeyxları dönəmindən dəstəkləyirəm.

Ama bugünlər bu fanatiklik məni bala bala yormağa başladı və türküse Tukan oldu haaa!

Traxturun haqsız yenildirilməsi haqda boğaz yırtanlar, dünən Sona Fərəczadə bugün Sima Didarı heç düşündünüzmü?

Təbrizin SEX-y qızları sitəsinin açılışını farslara bağlayıp onu şikayət etmək üçün kampanıya başlatan namus qeyrətçilərı, ey Türk Ərkəkləri sizə səslənirəm, Urmu gölü dəfələrcə Fandamental Fars yönlü rejimi tərəfindən təcavüzə uğradı, daşqalağ olundu, parçalandı, qurutuldu, ÖLDÜ ARTIQ, eşidirmisiniz ÖLDÜÜÜÜÜ, bitdi, tarixə gömüldü, heç dərdini çəkdinizmi?

Azərbaycan DİYARINIZ, Traxtur İFTİXARINIZ!

Bəs Qarabağ? Bəs Urmu? Bəs Sona(lar) Bəs Səkinə(lər) Bəs Sima(lar)???

Aman, iftixarınıza qara kölgə qonmasın! Allah sizi iftixarınıza və iftixarınızı sizlərə çox görməsin! Bu iftixarla nələri qurtulacağsız siz nələriiii…?!?

Porno!

04/30/2011

İran yasaxlar ölkəsidir ama bütün yasaxlara rağmən bizlər porno sitələrini izləməkdə dünya ölkələri arasında 3üncü sıradayıq!!!

Nə gözəl değilmi? Hələ ondan marağlısı bu porno filmlər -bizim millət tərəfindən (fars, türk heç fərq etməz)- sex və cinsəllik refrensləri kimin qullanılmağdadır!

Geçən pisixoloq bir dostumla danışırdım, Tehranda ayilə kontrol kiliniyində çalışır. Deyirdi birgün adamın biri eşiylə birlikdə mənə müraciat edip və dedi porno filmlərdəki kimi 3 saat ereksiyon halında qala bilmirəm və çox tez gəlgi (orgasm) oluram! 3 saatttttt!!!!!?????!!!!!

Dostuma görə izlədikləri porno filmlərin etkisiylə və ya penis boyu qayğısıyla müraciat edənlər olduğca çoxdur! Yəni anlıyacağınız bu insanlar porno filmlərini tam bir seks refrensi kimi görüp və bu film montaj dır bilməm nə dir düşünmədən, mən 3 saat ereksiyon halında qala bilmirəm sorusuyla və ya daha doğrusu sorunuyla pisxologa müraciat edirlər.

Bu filmlər ərkəklərin fantezilərini təsvir etməkdən başqa bir amac daşımırlar və bu filmlərdəki Hurivəşlərin tək istəyi ərkək millətinin qurduğu əcibə fanteziləri sərgiləməkdən başqa birşey deyil və bu durumda yazığlar olsun o topluma ki bu fantezilər və gərçəkləri eyni sayıp və oları gərçək yaşamda denəmək istəsin!

Ayyyy sayın ərkək aali cənabları, Superman hər filmində damdan dırmaşır, dağdan atılır, göyə uçur, bu durumda sizlərdə onun kimi dağdan atılmalımısınız?

Vallah i billahi bu seks və sevişmək bir o qədər də çətin və qarmaşığ bir çözməcə deyil! Yetər bu durumda Hz Əlinin fərmayişini həməşə ağlımızda tutaq ki buyurur özünə bəyəndiyini dostuna bəyən və bəyənmədiğini ona bəyənmə! Sayın ərkəklər bu iş bu qədər bəsit və sadə dir!

İnanın mənə qusacaq qədər ərkəklik simgənizi bir qadının boğazına soxmaq heç də zevg verici bir iş deyil və ya ondan çıxan həyat suyunu bir qadının üz gözünə səpmək onun nə cildinə faydalı dır və nə qadının gözlərinin işiğini çoxaldar!

Ay millət insan hər gördüyünə inanmalımı? Fantezilər də, gəlgi də (orgasm) , sevişmək də çox kişisəl bir durumdur. Mənim seks fanezilərim mənə ayıd və Fizzə və Əjdərin seks fanteziləridə onlara ayiddir! Mən Fizzə olamam və Fizzədə mən olamaz!

Və qadın! Yazıq qadın da bir insandır və elektrik priziylə (Elektrik Taxılav ilə)  fərgi var! İstədiyiniz zaman ona girip (Taxav olub)  onun ahh uuuhh hayy küyyyy ahh səsini çıxartmaq fikrini unudun!

Follow

Get every new post delivered to your Inbox.